Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyinə həsr olunmuş, eləcə də informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə müsabiqə elan edir.
Müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
İKT üzrə ən yaxşı kitab
İKT üzrə ən yaxşı elmi məqalə
Ən yaxşı elektron xidmət
Müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçmiş nominatlar nominasiyalar üzrə işlərini yuxarıda qeyd olunan sayt vasitəsi ilə təqdim edir.
Eyni zamanda, materiallar kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.
Qaliblərin müəyyən edilməsi 2 mərhələdə həyata keçiriləcək:
I mərhələdə nominantlara səsvermə www.aztelekom.org/iktmusabiqe saytından online həyata keçirilir.
II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (online səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.
İşlərin təqdim edilməsi 24.10.2011-ci il tarixindən 24.11.2011-ci il tarixinə kimi aparılacaq.
I mərhələ üzrə online səsvermə 24.10.2011-ci il tarixindən 28.11.2011-ci il tarixinə kimi davam edəcək.
Nominasiyalar üzrə qaliblər 30.11.2011-ci il tarixində müəyyən olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Əlavə məlumat üçün telefon nömrəsi – (012) 598-19-88.
Müsabiqənin gedişi haqqında ətraflı məlumatla www.aztelekom.org/iktmusabiqe saytında tanış ola bilərsiniz.
21/10/11 Çap et