Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Gmail”in interfeysini yeniləməyə hazırlaşır (VİDEO)


“Google” şirkəti yaxın vaxtlarda “Gmail” elektron poçtunun interfeysini yeniləmək və ona yeni imkanlar əlavə etmək niyyətindədir. İnternet korporasiya xidmətin əsas yeniliklərinin icmalı ilə olan çarxı təqdim edib, lakin tezliklə videonu silib və qeyd edib ki, videonu səhvən yerləşdiriblər. Bununla belə, bəzi istifadəçilər videonu yükləyə biliblər.

Yenilənmiş “Gmail” xidməti daha sadə və aydın olmalıdır. Əsas yeniliklərdən biri istənilən ölçülü pəncərəyə avtomatik uyğunlaşmadır.

“Google” şirkəti yüksək kəskinlikli fon şəkilləri ilə yeni tərtibat mövzuları təklif edəcək. Həmçinin şirkət “Google Reader RSS” xidmətini yeniləyəcək və onu “Google+” sosial şəbəkəsi ilə birləşdirəcək.






21/10/11    Çap et