Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet-telefoniya bazarının həcmi 2015-ci ilə ikiqat artacaq


“Point Topic” şirkəti 2015-ci ilə qədər internet-telefoniyanın qlobal bazarı üzrə proqnozu açıqlayıb
Qiymətləndirmələrə görə, keçən il IP-telefoniya sistemləri onların operatorlarına təxminən 17,3 milyard dollar qazandırıb. 2009-cu illə müqayisədə artım 12,6% təşkil edib. Onilliyin ortasına, gözlənildiyi kimi, bazarın həcmi 2 dəfədən çox artacaq. Analitiklər güman edirlər ki, 2015-ci ildə internet-telefoniya xidmətləri onların təchizatçılarına təxminən 40 milyard dollar qazandıracaq.
“Point Topic” qeyd edib ki, IP-telefoniya bazarının inkişafına şəbəkəyə genişzolaqlı girişin daxil olması imkan yaradacaq. Qiymətləndirmələrə görə, 2015-ci ilə dünyada 750 milyondan çox yüksəksürətli internet-qoşulma olacaq.
Bugünkü gündə IP-telefoniyanın ən böyük sistemlərindən biri Skype-dır. Məlumat üçün bildirək ki, may ayında “Microsoft” korporasiyası 8.5 milyard dollar ödəyərək onu əldə edib. Keçən ilin sonunda 660 milyondan çox qeydiyyatdan keçmiş istifadəçidən təxminən 9 milyon istifadəçi hər ay Skype üzərindən danışıq üçün orta hesabla 8 dollar xərcləyib.




17/06/11    Çap et