“Apple” istifadəçiləri qıcıqlandıran məhdudiyyəti ləğv edir
“Apple” istifadəçilərə proqram təminatı yeniləmələrini mobil internet vasitəsilə yükləməyə imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
Ria.ru” saytına istinadən yazır ki, “iPhone” aparatının sahibləri mobil internet vasitəsilə proqram təminatını yeniləməyin mümkünsüzlüyü ilə bağlı dəfələrlə ABŞ şirkətinə şikayət ediblər. Məsələn, bu yaxınlarda çıxarılmış “iOS 11.3.1” yeniləməsinin tutumu 38 MB-dır, ancaq istifadəçilər “Wi-Fi” qoşulma olmadan bu yeniləməni quraşdıra bilməyib. İstifadəçilərin əksəriyyəti şirkətdən bu məhdudiyyəti ləğv etməyi xahiş ediblər.
Yenilik yalnız smartfonlar deyil, həm də SİM-kart üçün slota malik olan “iPad” üçün keçərlidir. Yeniliyin 4 iyun tarixində təqdim ediləcək “iOS 12” sistemində də tətbiq ediləcəyi təxmin edilir.
Emil Hüseynov