Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vera” robotu insanlara iş tapmağa kömək edir


Rusiya mütəxəssisləri işəgötürənlərə heyətin seçilməsində kömək edən onlayn robot yaradıblar. Danışan “Vera” süni intellekti video vasitəsilə iş axtaranların mimikasını müəyyənləşdirə və tiplərini analiz edə bilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, 2016-cı ildə Sankt-Peterburqun “Stafory” şirkəti tərəfindən təqdim edilən “Vera” robotu videomüsahibə vasitəsilə bir iş günü ərzində 1500-dək namizədlə söhbət edərək onları ehtimal edən vəzifələr üzrə ayırır. Bundan başqa, robot fərdi elektron məktublar göndərir. Texnologiyanın üstünlüyü işəgötürənlərin vaxtına qənaət etməsindədir. Yerləşdirilən CV-lərin əksəriyyəti artıq iş axtarmayan insanlara məxsusdur. “Vera” bütün CV-ləri yoxlayaraq iş axtarışını davam etdirən insanlarla təxminən 8 dəqiqə müsahibə aparır.
 
Məlumata görə, hazırda robotun xidmətlərindən yüzlərlə Rusiya şirkəti yararlanır. Layihə müəllifi Aleksey Kostarevin sözlərinə görə, “Vera” gündə 50 minə yaxın müsahibə aparır. O, rus və ingilis dillərində danışa bilir: robot işəgötürənin arzusundan asılı olaraq həm kişi, həm də qadın səsi ilə danışır. Bu proqram təminatı satıcı və inşaatçı kimi kütləvi işçi heyətinin yığılması ilə məşğul olan şirkətlər üçün daha effektivdir. “Vera” robotunun müştəriləri qismində, həmçinin pərakəndə və distributor şirkətlər və banklar çıxış edir.
 
Nizam Nuriyev






30/04/18    Çap et