Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” planşetlərinin satışları artıb


Ötən rübdə “Android” əməliyyat sistemi ilə işləyən planşet kompyuterlərin satışları “iPad” planşetlərinin azalmış göstəriciləri hesabına artıb, - “Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri qeyd ediblər.

Ekspertlərin fikrincə, “Google” platformasında satılmış planşetlərin sayı “Samsung Electronics” və digər istehsalçılar tərəfindən təqdim edilmiş yeni modellər sayəsində artıb.

“Android” planşetlərin payına 2011-ci il iyul-sentyabr ayları ərzində satılmış bütün planşetlərin 27%-i düşüb. Müqayisə üçün, cəmi 1 il əvvəl bu göstərici yalnız 2,3% təşkil edib. “iPad” planşetinə gəlincə isə "alma" planşetlərinin payı həminki dövr üçün 96%-dən 67%-ə qədər azalıb.

“Strategy Analytics” şirkətinin məlumatına əsasən, 2011-ci ilin üçüncü rübü ərzində dünyada 16,7 milyon planşet satılıb, bu isə 1 il əvvəlki göstəricini (4.4 milyon) 3 dəfə ötür.




22/10/11    Çap et