Kəllənin trepanasiyasını həyata keçirə bilən ilk robot cərrah təqdim edilib
Beyində əməliyyat etmək üçün ona giriş əldə etmək, yəni kəllə qutusunda dəlik açmaq lazımdır. Bu halda böyük dəqiqlik və səliqə tələb olunur ki, bu da bir çox neyrocərrah üçün çətin bir məsələdir. Amma yaxın vaxtlarda Eyndhoven Texnologiya Universitetinin alimləri tərəfindən yaradılmış robot kəllədə belə əməliyyatları inanılmaz dəqiqliklə apara bilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
hi-news.ru” saytına istinadən yazır ki, kəllədə dəlik açmaq bu qədər çətindirmi? Amma bu, əməliyyatın sahəsindən asılıdır. Məsələ ondadır ki, kəllə qutusunda yerləşən son dərəcə kövrək strukturları (sinirlər, daxili qulağın reseptorları və başqa anatomik strukturları) qəti zədələmək olmaz. Dəlik açma zamanı qəlpələr onları zədələyə bilər, həm də qan endoskopun təsvirini bulandıra bilər.
“RoBoSculpt” adlandırılmış yeni robot cərrah yaxın 5 ildə insan üzərində əməliyyat aparmağa tam hazır olacaq. “RoBoSculpt” cərrahi drelə malik kifayət qədər qabaqcıl manipulyatordur. Operator cərrah kompüter tomoqrafiyasının skanında beynin giriş sahəsini göstərməlidir, yerdə qalan işi robot həyata keçirəcək. İlk texniki sınaqlar artıq uğurla başa çatıb və artıq cari ildə ilk klinik testlərə start veriləcək.
Emil Hüseynov