“Microsoft Word” proqramı süni intellekt sayəsində daha yaxşı işləyəcək
Həm “iOS”, həm də “macOS” üçün “Microsoft Word” proqramı tezliklə daha yaxşı işləməyə başlayacaq. Bu haqda “Microsoft” korporasiyasının rəsmi bloqunda məlumat verilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
macdigger.ru” saytına istinadən yazır ki, “Mac” istifadəçiləri süni intellektin imkanları sayəsində mətnləri “Microsoft Word” proqramında 60 müxtəlif dildə tərcümə edə biləcəklər. 11 dilin tərcüməsində neyron kompüter tərcüməsi alqoritmlərindən istifadə edilir. Bu, konteksti qiymətləndirməyə və daha müvafiq sözləri seçməyə imkan verir.
Yeniliklər artıq “Microsoft Office 365” abunəçilərinə əlçatandır.
Emil Hüseynov