Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” tanışlıq üçün servis istifadəyə verəcək


“Facebook” sosial şəbəkəsində ciddi münasibətlərin qurulması üçün tanış olmaq imkanı istifadəyə veriləcək. Bu barədə sosial şəbəkə təsisçisi Mark Sukerberq “F8” konfransında bildirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Qazeta” resursuna istinadən yazır ki, onun sözlərinə görə, bu, ötəri əlaqələrin deyil, həqiqi, uzunmüddətli münasibətlərin qurulmasına yönəlib.
 
Bildirilir ki, servis sosial şəbəkənin mobil əlavəsinin tərkib hissəsi və opsional olacaq. “Facebook” yaradıcısı, həmçinin vurğulayıb ki, istifadəçinin dostları onun özünə tərəfdaş axtarması barədə məlumatsız olacaqlar: servis yalnız istifadəçinin dostluğunda olmayan insanları təklif edəcək.
 
Bundan başqa, servisdən profildə tərəfdaşının olmamasını göstərən istifadəçilər yararlana biləcəklər. 
 
M.Sukerberq yeni servisin açılması ilə bağlı məlumatlar açıqladıqdan sonra “Tinder” tanışlıq əlavəsinin məxsus olduğu “Match Group” şirkətinin səhmlərinin dəyəri 17 faiz ucuzlaşıb.
 
Nizam Nuriyev






02/05/18    Çap et