Lazer şüalar buraxan ultranazik material hazırlanıb
Şotlandiya alimləri lazer şüalar buraxan ultranazik material hazırlayıblar. Materialı kontakt linzasına tətbiq edən ekspertlər texnologiyanın mükəmməl biometrik mühafizə istiqamətində yeni addım olacağını bildirirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
Naukatv” resursuna istinadən yazır ki, materialın tərkibində olan membranlar çox elastikdir. Onların qalınlığı təxminən min millimetr təşkil edir ki, bu da materialı asanlıqla polimer banknotlara və ya kontakt linzaları üçün istifadə edilən yumşaq plastmaslara yerləşdirməyə imkan verir. Sent-Endryu Universitetinin tədqiqatçıları tərəfindən membranlara lazer sonradan azgüclü lazerlə stimullaşdırılan nanoölçülü torların polimerin içinə yerləşdirilməsi vasitəsilə tətbiq edilib. Ekspertlər membran lazerlə təchiz edilən linzanı inəyin gözünə yerləşdirərək onun sınağını keçiriblər.
Aparıcı tədqiqatçı Malte Qeyterin sözlərinə görə, kontakt linzasının üzərinə azgüclü və göz üçün təhlükəsiz lazer yerləşdirilsə, ondan biometrik identifikasiya zamanı əlavə təhlükəsizlik kodu kimi istifadə mümkündür. Membran lazerləri, həmçinin banknot və sənədlərin saxtalaşdırılmasında qoruyucu kimi tətbiq etmək olar. Tədqiqatçıların fikrincə, məhsulu artıq prototip mərhələsindən kütləvi istehsala keçirmək olar.
Nizam Nuriyev