“Google Pay” ödəmə xidməti artıq “iOS” sistemi və veb xidmətlərdə əlçatandır
"Google" şirkəti "Google Pay" xidmətinin masaüstü veb xidmətlər və "iOS" platforması ilə işləyən mobil qurğularda əlçatan olduğu barədə məlumat verib.
Xatırladaq ki, 2018-ci ilin yanvarında "Google" şirkəti "Android Pay" və "Google Wallet" ödəmə xidmətlərini "Google Pay" brendi altında birləşdirib. Cari ilin fevralında yeni xidmət "Android" platformasına inteqrasiya edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "
ferra.ru" saytına istinadən yazır ki, yaxın vaxtlarda "Chrome", "Safari" və "Firefox" brauzerlərində onlayn alış-verişin haqqını "Google Pay" vasitəsilə ödəmək mümkün olacaq.
"Google Pay" servisindən istifadə etmək üçün bank və ya başqa kart növlərini "Google" (Google Account) hesabı ilə əlaqələndirmək tələb olunur. Hazırda "Google Pay" ödəmə xidməti Avstraliya, Kanada, Polşa, Rusiya, Böyük Britaniya və ABŞ-da əlçatandır.
Emil Hüseynov