Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” parolları dəyişməyi tövsiyə edir


“Twitter”in parol saxlanma sistemində səhv aşkar edilib. Bu səbəbdən “Twitter” bütün istifadəçilərini sistemə giriş üçün parolları dəyişdirməyə səsləyib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, "Twitter-də öz hesabınız üçün parol yaradarkən şirkətimiz tərəfindən istifadə edilən texnologiyalar parolları elə maskalayır ki, şirkətin əməkdaşları onları görə bilməsinlər. Bu yaxınlarda məlum olub ki, parollar daxili jurnalda maskalanmamış şəkildə saxlanılıb. Biz səhvi aradan qaldırmışıq və araşdırmamız göstərir ki, parollara müdaxilə və ya qanunsuz istifadə üzrə heç bir əlamət qeydə alınmayıb – şirkətin bəyanatda deyilir".

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin sonunda “Twitter” servisində 330 milyondan çox aktiv istifadəçi qeydiyyatdan keçib.

Emil Hüseynov






04/05/18    Çap et