Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp”da aşkar edilmiş mesaj smartfonun işini dayandırır


"WhatsApp" messencerinin istifadəçiləri smartfonun işində nasazlıq yaradan zərərli mesajdan şikayət ediblər. Bu haqda "MensXP" nəşri yazıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, mesajın müəllifləri istifadəçilərə öncədən "tələ" haqda xəbərdarlıq ediblər. Bununla belə bu tələyə düşənlər tapılıb.
 
"Aşağıdakı mesajın üzərinə sıxsan, WhatsApp bir müddətə donacaq" –  zərərli mesajın mətnində deyilir. Bundan sonra bir neçə boşluq və "bura sıxma" yazısı gəlir.
 
Portalın məlumatına görə, boşluqların yerində gizlədilmiş simvolların üzərinə sıxdıqda cihazın işində nasazlıq yaranır. Bu halda istifadəçilər bildiriblər ki, problemi aradan qaldırmaq üçün sadəcə smartfonu yenidən yükləmək lazımdır.
 
Emil Hüseynov






07/05/18    Çap et