Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android P” platforması istifadəçiləri izləmədən qoruyacaq


“Google” şirkəti “Android P” platformasında hakerlərə istifadəçiləri izləməyə imkan verən son dərəcə vacib boşluğu aradan qaldıracaq. Bunun üçün axtarış nəhəngi “Android”in yeni versiyasında sistemin funksiyalarından birinə girişi məhdudlaşdıracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, hazırda bütün “Android” proqramları istifadəçinin internet aktivliyini izləyə bilir. Bu, hər hansı xəbərdarlıq olmadan baş verdiyindən istifadəçi çox vaxt heç nədən şübhələnmir. Nəticədə hakerlər “bulud” kliyenti, korporativ mediaserver və ya qurbanın qurğusundakı istənilən başqa proqram vasitəsilə toplanmış  məlumata giriş əldə edə bilərlər. “Android P” sistemində tətbiq ediləcək məhdudiyyətlər mobil tətbiqlərə qurğuda qurulmuş başqa proqramların internet aktivliyinə giriş əldə etməyə imkan verməyəcək.
 
Emil Hüseynov






08/05/18    Çap et