“Microsoft” əlil insanlara yardım məqsədilə süni intellekt texnologiyalarını inkişaf etdirəcək
“Microsoft” korporasiyası məhdud qabiliyyətli insanların həyatını asanlaşdıracaq süni intellekt texnologiyalarının inkişafına 25 milyon dollar ayıracaq. Bu haqda şirkətin prezidenti Bred Smit və baş direktoru Satya Nadellanın rəsmi bəyanatına istinadən “TASS” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, bu təşəbbüsün 5 il ərzində reallaşdırılacağı planlaşdırılır. “Microsoft” korporasiyası süni intellekt sahəsində tədqiqatlar və əlil insanlar üçün nəzərdə tutulmuş texnologiyaların hazırlanması ilə məşğul olan özəl və qeyri-kommersiya təşkilatlarını maliyyə baxımından dəstəkləyəcək.
Korporasiya yalnız startaplara qrant ayırmaq deyil, həmçinin bu sahənin inkişafına sərmayə yatırmaq və ekspert köməyinə ehtiyac duyan tərtibatçıları belə bir xidmətlə təmin etmək niyyətindədir.
“Microsoft” rəhbərliyi hesab edir ki, ən yeni texnologiyalar məhdud qabiliyyətli insanlara öz potensialını reallaşdırmağa kömək edəcək.
Emil Hüseynov