Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suriya internetdə senzura üçün Amerika proqram təminatından istifadə edir


Suriya hökuməti internetdə senzura və öz vətəndaşlarının izlənilməsi üçün Amerika şirkəti tərəfindən hazırlanmış avadanlıq və proqram təminatından istifadə edir. Bu barədə İT ekspert və hüquq müdafiə təşkilatlarının hesabatlarında deyilib.

Onların sözlərinə əsasən, Suriya hökuməti öz vətəndaşları üçün internetə girişi “Blue Coat Systems” (Kaliforniya) şirkətinin hazırladığı sistem vasitəsilə bloklayır.

Amerika hakimiyyətinin nümayəndələri bildiriblər ki, artıq bu barədə xəbərdardırlar və hal-hazırda bu məlumatları yoxlamaqla məşğuldurlar. "Biz “Blue Coat” texnologiyasının Suriyada istifadə olunduğuna çox ciddi yanaşırıq və çox narahatıq" - ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Blue Coat Systems” şirkətinin nümayəndələri bildiriblər ki, hər hansı avadanlığı və ya proqram təminatını Suriya hökumətinə satmayıblar, lakin Suriya hökumətinin onları üçüncü şəxslər vasitəsilə əldə edə biləcəyi variantını inkar etməyiblər.




24/10/11    Çap et