“Xiaomi Redmi S2” rəsmən təqdim edilib
"Xiaomi" şirkəti yeni "Redmi S2" "selfi-smartfon" istehsal xəttində ilk qurğusunu təqdim edib. Smartfonun adındakı "S" "Selfie Series" ifadə edir. Şirkət təqdimat zamanı qurğunun ön kamerasına böyük diqqət ayırıb. Bu, yalnız aparat təminatı ilə deyil, həm də çəkiliş zamanı və sonra fotoşəkili emal edən süni intellekt alqoritmləri ilə bağlıdır.
"ICTnews" Elektron Xəbər Xidməti "
Mail.ru" saytına istinadən yazır ki, "Redmi S2" aparatı 16 meqapiksellik ön kamera ilə təchiz edilib. Süni intellektin işində iki əsas rejim var: "portret" və "makiyaj". Həmçinin HDR rejimi dəstəklənir.
Smartfon "Snapdragon 625" prosessoru, 3 + 32 QB, yaxud 4 + 64 QB-lıq yaddaşla təchiz edilib. 5,99 düym diaqonallı displeyin tərəflər nisbəti 18:9 və təsvir ölçüsü 1440x720p HD+ təşkil edir. Əsas kamera 12+5 meqapiksellik sensorlara malikdir. Kamera "Xiaomi Mi 6"-da olduğu kimidir: f/2.2, PDAF, işıq diodu işıqlandırıcısı, sifətin tanınması, portret rejimi və HDR.
"Xiaomi Redmi S2" smartfonunun arxa paneli metaldan hazırlanıb və barmaq izləri skaneri ilə təchiz edilib. Aşağı hissədə "MicroUSB" portu və dinamiklər, yuxarı hissədə isə qulaqlıqlar üçün konnektor və infraqırmızı port yerləşib. Smartfon "rose gold", "platinum silver" və "champagne gold" rənglərində əlçatandır. Akkumulyator batareyasının tutumu 3080 milliamper/saat təşkil edir.
Emil Hüseynov