Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” öz əməkdaşlarına fləş kartdan istifadəni qadağan edib


“IBM” şirkəti öz əməkdaşlarına çıxarılıb taxılan daşıyıcılardan (fləş kart, SD kartlar və sairə) istifadəni qadağan edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “onliner.by” saytına istinadən yazır ki, yenilik artıq “IBM”-in ayrı-ayrı bölmələrində sınaqdan keçirilib. İndi isə şirkətin bütün dünya üzrə fəaliyyət göstərən nümayəndəliklərində tətbiq ediləcək.
 
Qadağa itirilmiş və ya qanunsuz olaraq istifadə edilmiş cihazlara görə mümkün maliyyə itkilərini minimuma endirmək zərurəti ilə izah edilir. Əvəzində əməkdaşlara “bulud” xidmətlərindən istifadə tövsiyə edilib.
 
Emil Hüseynov






11/05/18    Çap et