Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” öz kriptovalyutasını təqdim edəcək


"Facebook" sosial şəbəkəsi öz kriptovalyutasını təqdim etmək imkanını nəzərdən keçirir.

"Facebook" təxminən 1 il bundan əvvəl sözügedən texnologiyaları araşdırmağa başlayıb, o zaman bu məsələ ilə şirkətin yeganə əməkdaşı məşğul olurdu. Amma bu həftə sosial şəbəkə blokçeyn, mayninq və kriptovalyutanın dövriyyəsinin öyrənilməsi üzrə ixtisaslaşmış və təxminən 10 nəfərdən ibarət komanda yaradıb.

Təxmin edilir ki, kriptovalyutanın tətbiqi sözügedən sosial şəbəkənin istifadəçilərinə elektron ödənişlər etmək imkanı verəcək. Hazırda komandanın işinin təfərrüatları məxfi saxlanılır.

"Facebook" sosial şəbəkəsi 4 fevral 2004-cü il tarixində Mark Zukerberq  və onun 3 kurs yoldaşı tərəfindən təsis edilib. Hazırda bu sosial şəbəkənin aylıq auditoriyası 2 milyard istifadəçidən çoxdur.

Emil Hüseynov




12/05/18    Çap et