Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər səsli köməkçilərdə aşkar edilmiş boşluqla bağlı xəbərdarlıq ediblər


ABŞ və çinli alimlər smartfonlara inteqrasiya edilən səsli köməkçilərdə yeni boşluq aşkar ediblər. Mütəxəssislər səsli assistentlərə müxtəlif komandaları qurğu sahibindən xəbərsiz göndəriblər.

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, ekspertlərin fikrincə, fırıldaqçılar bu boşluqdan istifadə edə bilərlər (məsələn, giriş qapısını açmaq, hesabdan pul vəsaitini çıxarmaq və ya məhsulları onlayn almaq üçün).

“Amazon” şirkətinin rəsmisi bildirib ki, “Alexa” qurğusunun təhlükəsizlik səviyyəsinin gücləndirilməsi üçün tədbir görülüb. “Google” şirkətinin nümayəndəsi məlumat verib ki, “Google's Assistant” səsli köməkçisi gizli audiokomandaları bloklayan xüsusi funksiya ilə təchiz edilib.

“Apple” korporasiyasının rəsmisi isə öz növbəsində bildirib ki, “Siri” köməkçisinə komanda göndərmək üçün öncə “iPhone” və ya “iPad” qurğularını blokdan çıxarmaq lazımdır.

Emil Hüseynov






14/05/18    Çap et