Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası yeni prosessor təqdim edib


“İntel” korporasiyası stolüstü kompyuterlər üçün “LGA 1155” soketi üçün ən sürətli prosessorunu təqdim edib. “Core i7-2700K” çipinin nominal takt tezliyi 3,5 QHz təşkil edir; turbo rejimdə bu göstərici 3,9 QHz-ə qədər artır.

Yenilik “Sandy Bridge” ailəsinə aiddir. Prosessor 32 nanometr texnologiya üzrə hazırlanıb, 4 nüvədən ibarətdir və “Hyper-Threading” çoxaxınlılıq texnologiyasını dəstəkləyir, onun sayəsində eyni zamanda 8 təlimat axınına qədər emal edə bilər.

Çip inteqrasiya edilmiş “İntel HD 3000” qrafik kontrollerinə və “DDR3” yaddaş kontrollerinə malikdir. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 95 Vatdır.




24/10/11    Çap et