Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qərb bölgəsində də rəqəmli yayım təmin edildi


Respublikanın qərb bölgəsində - Qazax, Ağstafa, Tovuz və Gürcüstanla həmsərhəd olan ərazilərdə 10 proqramdan ibarət rəqəmli yayım təmin edilib. Bu barədə “ictnews”-a “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.

Onun sözlərinə görə, Ağstafanın Poylu kəndində yerləşən teleqüllədən təmin olunan yayım hətta Ermənistanın Azərbaycanla həmsərhəd olan rayonlarını da əhatə edir.

Texniki direktor bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.

Qeyd edək ki, ölkədə analoq efir yayımından rəqəmsal yayıma keçid 2009-cu ildən, Bakıda isə bu istiqamətdə sınaq işlərinə 2004-cü ildən başlanılıb.




24/10/11    Çap et