Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office” paketi vasitəsilə haker hücumlarında artım müşahidə olunur


“Kasperski laboratoriyası” antivirus şirkəti “Microsoft Office” proqram təminatında boşluqlar vasitəsilə haker hücumlarına həsr edilən tədqiqatın nəticələrini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət analitiklərinin məlumatına görə, cari ilin birinci rübündə ofis əlavələrinin yoluxdurulmuş sənədlərindən zərərçəkən istifadəçilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4 dəfədən çox artıb. “Microsoft Office” üçün eksploytların (proqram təminatında boşluqlar vasitəsilə hücumlar üçün istifadə edilən zərərli proqramlar) payı il ərzində təxminən 2 dəfə artaraq 50 faiz təşkil edib.
 
Şirkət ofis proqramlarında 2017-ci ildə “Adobe Flash” platformasında aşkarlanan sayda müxtəlif boşluqlar müəyyənləşdirib.
 
“Flash” eksploytların payı, əksinə, azalmağa doğru gedir: 2018-ci ilin birinci rübündə onların sayı 3 faizə yaxın olub. Ekspertlər qeyd edir ki, azalma tərtibatçıların işinin nəticəsidir.
 
Eksploytların tətbiqi ilə haker hücumları çox təhlükəli hesab olunur, çünki istifadəçilərlə əlavə fəaliyyət tələb etmirlər (zərərli kod gizlicə tətbiq edilir). Onlardan tez-tez həm qanunsuz gəlir mənbəyi axtaran kibercinayətkarlar, həm də qərəzli məqsəd güdən dövlət subyektləri faydalanır.
 
2018-ci ilin yanvar-martında 1,3 milyon proqram təminatı quraşdırma paketi aşkarlanıb ki, bu da əvvəlki rübdən 11 faiz azdır.

Nizam Nuriyev






19/05/18    Çap et