Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Psixi xəstə uşaqlara kömək edəcək oyun platforması yaradılıb


Yeni “Mightier” oyun platforması oyunların uşaqların psixikasına təsir göstərməsi faktını sübut edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, yeni platforma psixi xəstəlikdən əziyyət çəkən uşaqlara kömək edəcək. Həmçinin qeyd olunur ki, mütəxəssislər tərəfindən platformanın bəzi hallarda dərmanlardan daha effektiv olmasını göstərən bir sıra tədqiqatlar keçirilib.

Eyni zamanda tərtibatçılar qrupu bildirib ki, “Mightier” platformasında oyun sessiyası zamanı uşağa “Fitbit” və ya “Apple Watch” qurğusunu xatırladan və vəzifəsi nəbzin ölçülməsindən ibarət xüsusi cihaz geyindirilir. Ürək döyüntüsünün ritmindən asılı olaraq platforma uşağın nəbzini və emosional vəziyyətini balanslaşdırmaq üçün oyunun format və tipini ölçür.

Nizam Nuriyev
 







22/05/18    Çap et