Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq


Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından ibarət olacaq süni intellekt texnologiyalarının hazırlanması mərkəzi istifadəyə veriləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Britaniyanın cənubunda Porton-Daun şəhərində yerləşən hərbi elmi-texniki laboratoriyanın bazasında yaradılacaq.

Bildirilir ki, yeni qurumun vəzifəsi süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi və inkişafı proseslərini yaxşılaşdırmaq və sürətləndirməkdir. Mərkəzin əsas fəaliyyət sahəsini pilotsuz hərbi texnika, kibermühafizə, qərarların qəbulunda komanda heyətinə yardım sistemləri sahəsində texnologiyalar, eləcə də informasiya müharibəsi ilə mübarizə təşkil edəcək.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Krallıq artıq ölkənin təhlükəsizliyi üçün potensial təhdidlərlə mübarizə üçün texnoloji innovasiyaların inkişafına 800 milyon funt-sterlinq (1 milyard dollardan çox) sərf edib.

Nizam Nuriyev






24/05/18    Çap et