Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib


“Intel” şirkətinin istehsalı olan prosessorlarda növbəti boşluq aşkar edilib. Bu boşluğu aradan qaldırmaq üçün çiplərin mikrokodunu yeniləmək lazımdır, amma bu, kompüterlərin məhsuldarlığının zəifləməsinə səbəb olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2018-ci ilin yanvarında kompüter təhlükəsizliyi sahəsində çalışan mütəxəssislər qrupu tərəfindən müasir prosessorlarda aşkar edilmiş iki tip kritik boşluq (“Meltdown” və “Spectre”) haqda məlumatlar açıqlanıb. Sözügedən boşluqlar zərərverici proqrama bu boşluqlardan istifadə etməklə prosessorun keşinin tərkibini, həmçinin başqa proqramların məlumatlarının saxlanıldığı sahələri oxumaq imkanı yaradır.

İndi isə “Microsoft” və “Google” şirkətlərinin mütəxəssisləri tərəfindən müasir prosessorlarda aşkar edilmiş yeni boşluq məlumatlara qeyri-qanuni müdaxilə etməyə imkan verir.

Emil Hüseynov






24/05/18    Çap et