Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb
"UCLA" komandası öncə zəif eşidən valideynlər üçün ümumi fonda körpənin ağlamasını ayırd edə bilməkdən ötrü proqram hazırlayıb. "Chatterbaby" adlandırılımış proqram təminatının sınaqları zamanı məlum olub ki, körpə səslərini üç kateqoriyaya (aclıq, ağrı və sıxıntı) aid etmək olar. Təcrübəli ana səsdən körpənin nə istədiyini başa düşə bilər, bəs bu məqsədlə proqram alqoritminin yaradılması necə olar?
"ICTnews" Elektron Xəbər Xidməti "
techcult.ru" saytına istinadən yazır ki, tapşırıq düşünüldüyündən həm asan, həm də mürəkkəb olub, çünki körpə refleksli olaraq davranır, ağrı hissləri onu fasiləsiz qışqırmağa məcbur edir, halbuki adi təlaş vaxtı səslər arasında fasilə mövcuddur. Yemək tələbi öz akustik özəlliklərinə malikdir və proqram 2000 nümunəni öyrəndikdən sonra körpə səslərini 90% dəqiqliklə ayırd etməyə müvəffəq olub.
Genotip, dəqiq yaş, iqlim, mühit və başqa amillər körpənin səsinə kifayət qədər güclü təsir göstərir, buna görə "UCLA" çoxlu sayda körpənin səs nümunələrindən ibarət məlumat bazası yaratmağa dair qərar verib. "Chatterbaby" proqramının istifadəçilərinə öz körpələrinin səslərini yazmaq və onları göndərmək təklif edilir. Bu informasiyanın fərdiləşdirilməyəcəyinə dair söz verilib. Bu texniki məlumatlar sadəcə alqoritmlərin optimallaşdırılması üçün lazımdır.
Emil Hüseynov