Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda telefon çəkdirənlərin sayı artıb
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən ATS-lərdə olan boş tutumları istifadəyə vermək istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Birlikdən verilən məlumata görə, əhali və təşkilatlara cari ilin 9 ayı ərzində 16077 ədəd yeni telefon çəkilib.
Bununla yanaşı, şəbəkə ATS-lərindən müxtəlif səbəblər üzündən 15042 ədəd telefon çıxarılıb. Həyata keçirilən tədbirlər nəticəsində çıxarılan telefonlardan 1501 ədədi bərpa edilib. Şəbəkə üzrə 2468 ədəd telefon artımı qeydə alınıb.
Qeyd edək ki, BTRİB pulsuz telefon çəkilişi kampaniyasını həyata keçirməklə telefon çəkilişi planını artırmağı qarşıya məqsəd qoyub.
24/10/11 Çap et