Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Startap günləri” davam edir


Növbəti "Startap günləri" cari il mayın 25-26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək.
 
Sözügedən "Startap günləri" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi, "Startap Azərbaycan" və UNEC-in təşkilatçılığı ilə baş tutacaq.
 
"Startap günləri"ndə tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorlar və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.
 
Tələbələrə startapların təqdim edilməsi, layihələrin ilkin versiyalarının, prototiplərinin hazırlanması mövzusunda təlimlər keçiriləcək.
 
Yekunda bu layihələrin təqdimatları və yarışması təşkil olunacaq, peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılacaq.
 
Qaliblərə və fərqlənənlərə təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələr, diplomlar və sertifikatlar təqdim olunacaq.
 
Qeyd edək ki, "Startap günləri"nin keçirilməsində məqsəd yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə tələbələrə informasiya-metodiki dəstək vermək, onlarda bilik və bacarıqlar formalaşdırmaq, eləcə də internet-biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.






24/05/18    Çap et