Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Orta büdcəli smartfonları qabaqcıl imkanlarla təchiz edəcək prosessor təqdim olunub


“Qualcomm” şirkəti yeni “Snapdragon 710” prosessorunu təqdim edib. Bu çip orta büdcəli smartfonları bəzi qabaqcıl xüsusiyyətlərlə təchiz edəcək. Bu haqda şirkətin rəsmi saytında məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, yeni çip ilk növbədə smartfonun məhsuldarlığını, təhlükəsizliyini və  kameranın imkanlarını təkmilləşdirəcək. Məlumata görə, qurğunun məhsuldarlığı 20% artacaq və 4K formatında çəkiliş vaxtı videonun keyfiyyəti yüksələcək.

Yeni çip, həmçinin şəklin keyfiyyətini yaxşılaşdıracaq. Şəkillərdə daha az səs-küy olacaq və smartfon obyektivi daha yaxşı sabitləşdirəcək. Bundan başqa, prosessor sifətin tanınması sisteminin dəqiqliyini artıracaq və ona müdaxiləni azaldacaq.

Bu prosessorun əsas özəlliyi orta büdcəli smartfonlarda süni intellektin təkmilləşdirilməsidir.

Emil Hüseynov






25/05/18    Çap et