Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron Təhlükəsizlik Xidməti: “VPNFilter” şəbəkə qurğularını yoluxdurur!”


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) "VPNFilter" təhlükəsi ilə bağlı məlumat yayıb.

54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan "VPNFilter" "Linksys", "MikroTik", "NETGEAR", "QNAP NAS" və "TP-Link" marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alır. "VPNFilter" ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtirləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir.

Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir.

ETX eyni zamanda diqqətə çatdırır ki, şəbəkə qurğularının proqram təminatını (firmwire) yeniləmək üçün cihaz istehsalçılarının veb saytına (LinksysMikroTikNETGEARQNAPTP-Link) müraciət edilməlidir.








25/05/18    Çap et