Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreya metrosunda şəffaf ekranlar quraşdırılır


Ötən yaz “Samsung” şirkəti dünyada ilk olaraq şəffaf maye kristal panellərin kütləvi istehsalını təşkil edib. Bu yaxınlarda ilk belə paneli Cənubi Koreyanın paytaxtı Seulda, metro stansiyalardan birində quraşdırıblar. 22 düym diaqonallı ekran reklam məqsədi üçün istifadə olunur.

Hələ ki layihə yoxlama mərhələsindədir. Şəffaf ekranları metroda quraşdırmağa qərar verən “Cheil Communications” reklam şirkəti belə ekranları növbəti il nəqliyyat dayanacaqlarında, digər ictimai yerlərdə quraşdırmağı planlaşdırır.




24/10/11    Çap et