“Apple” korporasiyası “3D” görüntü üçün 3 kameralı “iPhone” təqdim edəcək
2019-cu ildə “Apple” şirkəti 3 kameralı smartfonunu təqdim edəcək. Bu haqda “Economic Daily News” nəşri məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, yeni qurğunun dizaynı artıq internetdə əlçatandır. 3 kamera ənənəvi yerdə yerləşdiriləcək. Belə kameranın stereoskopik “3D” görüntü üçün istifadə olunacağı bildirilib. İki obyektiv müxtəlif bucaqlardan obyektin təsvirini qeydə alacaq, üçüncü obyektiv isə daha güclü miqyası böyütmə üçün nəzərdə tutulub.
Emil Hüseynov