Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Motorola” smartfon üçün ilk “5G” modul təqdim edəcək


Çinin "Lenovo" istehsalçısına məxsus "Motorola" şirkəti "Moto Mods" sistemi üçün yeni "Moto Z3 Play" smartfonunu beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) qoşulmaq imkanı ilə təmin edəcək modul buraxmağa hazırlaşır. Yüksəksürətli şəbəkələrdə, həmçinin köhnə "Motorola" modelləri işləyə biləcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, "XDA Developers" cəmiyyətinin saytında yerləşən fotoşəkilə görə, "5G" moduluna malik arxa panel antenanın quraşdırılacağı kiçik yüksələn bucaq şəklində olacaq. 2016-cı ildən buraxılan "Moto Z" seriyasına tələbat zəifdir və smartfonun üçüncü nəslinin sonuncu olacağı ilə bağlı şayiələr gəzir.
 
Bildirilir ki, şirkət "5G" modulla alıcıların diqqətini cəlb etmək niyyətindədir. "Moto Z3 Play" modeli "FullHD+" təsvir ölçülü və tərəflərinin nisbəti 18:9 təşkil edən 6 düym diaqonallı "AMOLED" ekran, 4 giqabaytlıq operativ yaddaşa malik "Snapdragon 636" prosessoru, arxa paneldə qoşa kamera, 3 min milliamper/saat tutumlu akkumulyator, 32-64 giqabayt tutumlu quraşdırılmış yaddaş və "microSD" kart dəstəyi ilə təchiz ediləcək.
 
"Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək "Moto Z3 Play" smartfonunun iyunda təqdim ediləcəyi gözlənilir.
 
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
 
Nizam Nuriyev






30/05/18    Çap et