“Xiaomi” yeni smartfonlarını təqdim edib
Çində keçirilmiş tədbirdə “Xiaomi” şirkəti “Mi8” qabaqcıl smartfonunu və onun iki modifikasiyasını (“Mi8 SE” və “Mi8 Explorer Edition”) təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, bütün modellər tam ölçülü displey və arxa paneldə ikiqat kameraya malikdir. Əsas model 2248x1080 piksel təsvir ölçülü 6,21 düymlük AMOLED displey, 6/8 QB-lıq əməli yaddaş, “Snapdragon 845” qabaqcıl prosessoru və 64/128/256 QB-lıq daxili yaddaşla təchiz edilib. Aparat daktiloskopik və biometrik sensorlara malikdir. Smartfona quraşdırılmış ikiqat kamera 12 meqapiksellik təsvir ölçüsünə malik iki sensordan ibarətdir.
Aparat 3500 milliamper/saat tutumlu “Quick Charge 4.0+” simsiz və sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib. “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonun platformasını “Android P”-yə yeniləmək mümkün olacaq.
Büdcə versiyası olan “Mi8 SE” modifikasiyası 2244x1080 piksel təsvir ölçülü 5,88 düymlük AMOLED displey, “Snapdragon 710” prosessoru, 4/6 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaşla təchiz edilib. İkiqat kameranın təsvir ölçüsü 12+5 meqapiksel, akkumulyator batareyasının tutumu 3120 milliamper/saat təşkil edir və “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasına malikdir.
“Explorer Edition” versiyası qabaqcıl modeldən, demək olar, fərqlənmir. Yalnız şəffaf korpus və biometrik sensorla birgə ekranda gizlədilmiş barmaq izləri skaneri bu aparatı “MI8”-dən fərqləndirir.
Emil Hüseynov