Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Portativ qurğular üçün ultrayüksək kəskinlikli ekran


“Toshiba” korporasiyası 1 düymə (ppi) 498 nöqtə təşkil edən ekran nümunəsini təqdim edib. Panel 6,1 düym diaqonala malikdir, onun kəskinliyi 2560×1600 pikselə bərabərdir. Üfüqi və şaquli üzrə görünüş bucağı 176 dərəcəyə çatır; ziddiyyət — 1000:1.

Ekran “NTSC” rəng sahəsinin 61% əhatəsini təmin edir. Ekran stereoskopik şəklin 2 dəfə aşağı kəskinlikli təsviri üçün istifadə oluna bilər, bu zaman baxış üçün xüsusi eynək lazım olmayacaq.

Ekran müxtəlif portativ qurğularda tətbiq üçün hesablanıb. “Toshiba” korporasiyası ultrayüksək kəskinlikli panellərinin kütləvi istehsalının başlanğıc müddətini hələ bildirməyib.




24/10/11    Çap et