Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sifətin tanınması sisteminin işinə mane olan alqoritm hazırlanıb


Sifətin tanınması texnologiyası faydalı və lazımlı həldir, amma bütün  üstünlüklərinə rəğmən insanın azadlıq hüququnu pozaraq onu izləməyə imkan verməklə ziyan vura bilər. Bu məqsədlə sifətin tanınması sisteminin işinə maneə olan xüsusi alqoritm yaradılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “igate.com.ua” saytına istinadən yazır ki, yeni sistem dərin kompüter təliminə əsaslanır, yəni gələcəkdə öz-özünə inkişaf etmək xüsusiyyətinə malikdir. Alqoritm sifətin tanınması alqoritmlərinin məhv edilməsi üçün dinamik üsullardan istifadə edir. Alimlər əks təsir sisteminin hazırlanması üçün bir-biri ilə mübarizə aparan iki süni intellektdən istifadə ediblər. Süni intellektlərdən biri sifətin eyniləşdirilməsinə, digəri isə onun işini pozmağa çalışıb. Bu “müharibə”nin nəticəsi kimi hazırlanmış xüsusi filtr (hələ ki yalnız şəkillər üçün) təsvirlərdə müəyyən pikselləri elə əvəz edir ki, adi insan gözü fərqləri ayırd edə bilməsə də,  sifətin tanınması sisteminin işində nasazlıq yaranır.

Emil Hüseynov






05/06/18    Çap et