Gələcəyin “ağıllı” robotları üçün beyin yaradılıb
Fərdi kompüterlər üçün periferiya istehsalçısı süni intellekt sahəsinə köklənib.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, “Nvidia” şirkəti tərəfindən elan edilmiş “Jetson Xavier” adlı xüsusi çip gələcəyin “ağıllı” robotları üçün beyin kimi istifadə ediləcək.
“Jetson Xavier” çipinin işi 6 prosessora əsaslanacaq. Bu prosessorlar ümumilikdə saniyədə 30 trilyon əməliyyat emal edə biləcəklər. “Jetson Xavier” çipinin hazırlanması üzərində 8 min nəfər iştirak edib.
Cari ilin avqustunda çıxarılacaq çipin qiyməti 1300 dollar təşkil edəcək.
Emil Hüseynov