Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Uçan çətir yağışdan qoruyacaq
Yaponiyanın “Asahi Power Services” şirkəti pilotsuz uçan aparatlar texnologiyasını yeni səviyyəyə çıxarıb. Belə ki, şirkətin yaratdığı tam avtonom “Free Parasol” çətiri küçədə istifadəçinin arxasınca hərəkət edərək onu yağışdan qorumaq məqsədilə kamera və süni intellektdən istifadə edir.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, texnologiyanın artıq bir neçə avtonom pilotsuz uçan aparatlar tərəfindən istifadə olunmasına baxmayaraq “Asahi Power Services” şirkəti onu uçan çətirlər üçün adaptasiya etmək niyyətindədir. Pilotsuz çətir istifadəçiyə əlləri sərbəst buraxmağa imkan verərək onu həm yağışdan, həm də günəşdən qoruyur. Hazırda çəkisi 5 kq təşkil edən qurğunun prototipi 20 dəqiqə ərzində fasiləsiz işləyə bilir. Dizaynerlər əmindir ki, gələcəkdə qurğunun çəkisini 1 kiloqramadək azaltmaq və uçuş vaxtını 1 saatadək artırmaq mümkün olacaq. Lakin uçuş vaxtı havadan və küləyin gücündən asılı olacaq.
“Free Parasol” çətirinin 2019-cu ildə 275 dollara satışa çıxarılacağı gözlənilir. Uçan çətir pilotsuz uçan aparatlar sırasına daxil olsa da, istifadəçini yağışdan qoruyan ilk qurğu olacaq.