Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk ikiekranlı noutbuk təqdim olunub


“Asus” şirkəti “Computex 2018” sərgisi çərçivəsində “Project Precog” konseptual noutbukunu nümayiş etdirib. Qurğuda klaviatura əvəzinə, ikinci sensor ekran quraşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, noutbuk iki sensor displeydən ibarətdir. Onlardan biri klaviatura rolunu oynayır. Beləliklə, istifadəçi klavişli sahəni öz ehtiyaclarına uyğun quraşdıra bilər.

Həmçinin noutbukun hər iki tərəfini 180 dərəcə açaraq ondan böyük displey kimi istifadə etmək mümkündür.
Konsept şəklində olan “Project Precog” noutbukunun satışa çıxarılacağı barədə məlumat verilmir.

Nizam Nuriyev






06/06/18    Çap et