Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonunadək Azərbaycanın mobil rabitə abunəçilərinin sayı 9719,7 milyon nəfərə çatacaq
İlin sonuna qədər Azərbaycan mobil rabitə abunəçilərinin sayı 9719,7 milyon nəfər təşkil edəcək. Bu barədə Azərbaycan Milli Məclisinə baxılması üçün təqdim edilən 2012-ci il üçün dövlət büdcəsi layihəsində bildirilir.
Proqnozlara əsasən, Azərbaycanın mobil rabitə operatorlarının abunəçi bazasının artımı 2015-ci ilə qədər yüksələn xətt üzrə inkişaf edəcək.
2012-ci ildə bu rəqəm 10905,9 milyon, 2013-cü ildə 11504,8 milyon, 2014-cü ildə 12115,4 milyon, 2015-ci ildə 12890,5 milyon abunəçi təşkil edəcək.
Azərbaycanda əsas telefon cihazlarının (stasionar rabitə) sayı ilin sonuna qədər 1500,1 milyon ədəd təşkil edəcək. Bu rəqəm 2015-ci ilin sonuna qədər artacaq.
Proqnozlara əsasən, 2012-ci ildə bu göstərici 1565,3 milyon ədəd, 2013-cü ildə 1636,8 milyon, 2014-cü ildə 1719,1 milyon, 2015-ci ildə 1810,5 milyon ədəd olacaq. Hər 100 nəfərə düşən əsas telefon cihazlarının sayı ilin sonuna qədər 16,8 ədəd olacaq. Bu rəqəm 2012-ci ildə 17,4 ədəd, 2013-cü ildə 18,3 ədəd, 2014-cü ildə 19,6 ədəd, 2015-ci ildə isə 20,3 ədəd təşkil edəcək.
25/10/11 Çap et