Yeni texnologiya noutbukların avtonom işləmə müddətini 2 dəfə artıracaq
“Intel” şirkəti tərəfindən mobil qurğuların displeyi üçün enerjinin idarə edilməsi üzrə təqdim edilmiş yeni texnologiya enerji sərfiyyatını 2 dəfə azaltmağa imkan verir. Taybeydə keçirilən “Computex 2018” kompüter elektronikası sərgisində belə bəyanat səsləndirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
news.rambler.ru” saytına istinadən yazır ki, “Low Power Display” (LPD) texnologiyasını dəstəkləyən displeylər üçün istehlak gücü 1 vattı ötməməlidir. Akkumulyatora qənaətcil belə maye kristal panellərin istehsalı ilə “Sharp” və “Innolux” şirkətləri məşğul olur.
“Intel” şirkətinin rəsmisi iddia edir ki, “LPD” texnologiyası noutbukun işləmə vaxtını 2 dəfə artırmağa imkan verəcək. Təəssüf ki, texnologiya köhnə cihazlar üçün yararsızdır. Bundan başqa, qurğuya “Nvidia” və ya “AMD” deyil, “Intel”in qrafik kartı quraşdırılmalıdır.
Emil Hüseynov