“Honor 9i” (2018) smartfonu təqdim olunub
Çinin “Huawei” şirkəti “Honor 9i” smartfonunun yeni versiyasını təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, smartfon səkkiznüvəli “Huawei Kirin 659” prosessoru, “Full HD+” (2280x1080 piksel) təsvir ölçülü 5,84 düymlük ekran, barmaq izi skaneri, ikiqat əsas kamera (13+2 meqapiksellik), 16 meqapiksellik ön kamera, 4 QB-lıq əməli, 64/128 QB-lıq daxili fləş yaddaş (256 QB-dək tutuma malik “microSD” kartları ilə daxili yaddaşı artırmaq mümkündür) ilə təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saata bərabərdir.
Smartfon “EMUI 8.0” interfeysli “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 4.2 LE”, “GPS+QLONASS”, “FM” radio, qulaqlıqlar üçün 3,5 mm-lik konnektor quraşdırılıb.
“Huawei Honor 9i” (2018) smartfonunun 4+64 QB-lıq versiyası 218 dollara, 4+128 QB-lıq versiyası isə 265 dollara təklif edilir.
Emil Hüseynov