Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stilusa malik çərçivəsiz “LG Q Stylus” smartfonu rəsmən təqdim olunub


“LG Electronics” şirkəti “LG Q Stylus” smartfonunu təqdim edib. Bu, indi dəb halını almış çərçivəsiz dizaynda hazırlanmış və stilusa malik orta səviyyəli smartfondur.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, arxa paneldə barmaq izləri skaneri, həmçinin ani “selfi” çəkməyə imkan verir. Smartfon “IP68” səviyyəsində su və toza qarşı dayanıqlıdır və möhkəmlik üzrə “MIL-STD 810G” hərbi standartına malikdir.

Smartfon 1,5 və ya 1,8 QHs takt tezlikli adı məlum olmayan səkkiznüvəli prosessor, “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü 6,2 düymlük ekran, 16 meqapiksellik əsas kamera, 8 və ya 5 meqapiksellik ön kamera, 3 QB əməli və 32 QB daxili fləş yaddaş (microSD formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.

Smartfon “Android 8.1.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “Wi-Fi” (802.11 b, g, n), “Bluetooth 4.2”, “NFC”, “FM” radio, “USB Type-C 2.0” portu dəstəklənir.

İyundan etibarən “LG Q Stylus” smartfonu məhdud sayı Şimali Amerika və Asiyada, ilin üçüncü rübündə isə başqa əsas regionlarda təqdim ediləcək.

Emil Hüseynov






07/06/18    Çap et