Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Flash Player” texnologiyasında “0 – gün” boşluğu aradan qaldırılıb


“Adobe” şirkəti “Flash Player” texnologiyasında 4 təhlükəli boşluğu, həmçinin istənilən kodu məsafədən icra etməyə imkan verən buferin həddən artıq dolması (CVE - 2018-5002) problemini aradan qaldırıb.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Adobe”un nümayəndələrinin sözlərinə görə, hakerlər “Windows” əməliyyat sisteminin istifadəçilərinə hücumlar zamanı artıq “CVE-2018-5002” boşluğundan istifadə edirlər. Hakerlər eksploytu “Microsoft Office”in zərərli sənədlərində gizlədərək elektron poçtla yayırlar.

“Flash Player” texnologiyasının sonuncu 30.0.0.113 versiyasında, həmçinin 3 başqa boşluq aradan qaldırılıb.

Emil Hüseynov






08/06/18    Çap et