2016-cı ilin istehsalı olan smartfon populyarlığa görə “iPhone 8 Plus” və “Galaxy S9 Plus” qurğularını geridə qoyub
“Samsung” şirkətinin 2016-cı il istehsalı olan smartfonu 2018-ci ilin birinci rübü üzrə dünyada satış həcminə görə üçüncü yerdə qərarlaşıb. Bu haqda “IHS Markit” analitik şirkətinin hesabatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, “iPhone X” (12,7 milyon) və “iPhone 8” (8,5 milyon) smartfonları reytinqdə müvafiq olaraq birinci və ikinci yerləri tutublar. Üçüncü yerdə məhz “Samsung Galaxy Grand Prime Plus” aparatı (8,3 milyon) qərarlaşıb. “iPhone 8 Plus” və “Samsung Galaxy S9 Plus” smartfonları müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar.
Bildirək ki, 2016-cı ilin noyabrında çıxarılmış “Samsung Galaxy Grand Prime Plus” başlanğıc səviyyəli smartfondur, halbuki digər 5 ən populyar smartfon bahalı modellər kateqoriyasına aiddir.
Emil Hüseynov