Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zərərli məzmunu dərc edilməmişdən öncə bloklamaq mümkün olacaq


“Google”, “Facebook”, “Microsoft”, “Youtube” və “Twitter” kimi nəhənglərin daxil olduğu şirkətlər qrupu elan edib ki, terror məzmunlu yazıların 88000 heşi xüsusi məlumat bazasına əlavə edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “GIFCT” (İnternet terrorizmlə mübarizə üzrə Qlobal Forum) adlı təşkilat bildirib ki, cari ilin sonunda bloklanmış məzmun bazasına 100000-dən çox heş əlavə ediləcək. Təşkilatın rəhbərləri deyiblər ki, bu göstərici, hətta onların ilkin hədəflərini üstələyir. Belə yanaşma sayəsində terror məzmunlu mətn və çarxlar dərc edilməmişdən öncə bloklana bilər.

Heş – bu, informasiyanın özünəməxsus rəqəmli sürətidir, kodlaşdırılmış sətirdir. Bütün maraqlı şirkətlər təhlükəli məzmun heşlərini GIFCT təşkilatı tərəfindən yaradılan ümumi məlumat bazasına əlavə edə bilərlər.

Emil Hüseynov






13/06/18    Çap et