Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 10” əməliyyat sistemində aşkar edilmiş boşluq aradan qaldırılıb


“Microsoft” şirkəti tərəfindən “Windows 10” əməliyyat sistemi üçün çıxarılmış təhlükəsizlik yeniləməsi hakerlərin “Cortana” səsli köməkçisindən istifadə edərək fərdi kompüter və ya noutbuka müdaxiləsinə imkan verən boşluğu aradan qaldırıb. “The Verge” nəşri yazır ki, söhbət “McAfee” antivirus şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş boşluqdan gedir. Qurbanın bloklanmış kompüterinə fiziki giriş imkanına malik olan haker səsli köməkçi aktiv olduğu halda zərərli proqram təminatını icra edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, təhlükəsizlik yeniləməsi çıxarılana kimi “Cortana” səsli köməkçisi səs əmrlərini fərdi kompüter bloklanmış olduqda belə icra edirdi. Beləliklə, haker fləş kartdan lazımi faylları işə sala bilirdi, çünki “Windows 10” sistemi əlçatan daşıyıcıların tərkibini daima indeksləşdirir.

Emil Hüseynov






14/06/18    Çap et