Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple”i yenə məhkəməyə veriblər
Son zamanlar fəallaşmış patent və ticarət markalarının müdafiəçiləri “Apple” şirkətinə yenidən iddia irəli sürüblər. Bu dəfə Amerika korporasiyasının iBooks brendinə görə şikayət ediblər. Müvafiq iddia ərizəsini naşir Con Kolbi məhkəməyə təqdim edib.
İddiaçının sözlərinə görə, o, 2006 – 2007-ci illərdə “Byron Press” nəşriyyatından iBooks ticarət markasının istifadə hüquqlarını alıb. 1999-cu ildən isə o, bu addan istifadə edərək 1000-dən çox kitab dərc edib.
Con Kolbi bildirib ki, əvvəllər iBook termini yalnız 2006-cı ilə qədər istehsal edilmiş “Apple” noutbuklarında istifadə olunub. 2010-cu ilin aprel ayına kimi Stiv Cobsun şirkəti heç vaxt elektron kitabların adlandırılması və ya onların oxunması proqramları üçün bu və ya digər terminləri tətbiq etməyib.
“Apple” şirkətində isə iddianı şərh etməkdən imtina ediblər.
17/06/11 Çap et