Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti “N9” smartfonunun yaradılması prosesini göstərib (VIDEO)


“WP” qurğuların elanına bir neçə gün qalmış fin korporasiyası internetdə “N9” smartfonunun istehsalat prosesini göstərən videoçarx yerləşdirib. Aparatın satışları 2 həftə əvvəl başlayıb.

“Nokia N9” smartfonu 854x480 piksel kəskinlikli 3,9 düym “AMOLED” ekranla təchiz edilib. Qurğu 1 QHz takt tezlikli “ARM Cortex-A8 OMAP3630” prosessoru, “PowerVR SGX530” qrafik sürətləndiricisi, 1 QB əməli yaddaş, 16 və ya 64 QB daxili yaddaş, 8 meqapiksel genişbucaqlı “Carl Zeiss” kamerası ilə təchiz edilib.






25/10/11    Çap et